AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İnfiniti" gecə klubunda karantin qaydaları pozuldu

  • + A
  • - A
  • 3-08-2021, 09:25


    Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Azadmedia.az-a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir. Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki,obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR