“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Azadmedia.az-a bildirdiyinə görə Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.