AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

341 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

  • + A
  • - A
  • 16-08-2021, 10:02


    14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.
    Monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
    Azadmedia.az-a daxil olan məlumata görə Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
    - 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
    - 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
    - 341 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR