Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi və çətənə kollarının kultivasiyası ilə məşğul olan şəhər sakini Faxrət Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-averilən məlumata görə, həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən ümumi çəkisi 10 kiloqramdan artıq olan narkotik tərkibli çətənə bitkiləri, eləcə də 70 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni 3 ay öncə becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.