AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaqatala sakini saxlanılıb

  • + A
  • - A
  • 18-06-2021, 19:08


    Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğanlı kənd sakini İbrahim Rəsulov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş 17 ədəd narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
    Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni may ayında öz şəxsi istifadəsi üçün becərdiyini bildirib.
    Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR