AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqabullu karonavirus xəstəsini Şirvanda aşkarlayıblar

  • + A
  • - A
  • 29-08-2021, 10:26


    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia az-a verilən məlumata görə, rayon sakini İlham Musayevə COVID-19 virusuna yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.
    Lakin adı çəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.
    Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
    İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR