Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmeda.az-a verilən məlumata görə, rayon sakini Sübhan Əliyevə COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.
S.Əliyev barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.