Masallı rayon prokurorluğundan Azadmedua.az-a verilən məlumata görə avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.