Gəncə şəhər prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.