TƏBİB sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. Azadmedia.az TƏBİB-in açıqlamasını təqdim edir: "Videomaterialda qeyd olunan məsələ tərəfimizdən araşdırılmışdır. Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək işdən azad edilmişdir.
Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.