AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda ana və uşağının binadan yıxılıb ölməsi barədə cinayət işi başlandı

  • + A
  • - A
  • 2-09-2021, 12:19


    Paytaxtın Səbail rayonunda ananın azyaşlı övladı ilə yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadnedia.az-a verilən məlumata görə, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

    Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

    Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilib.

    Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR