Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi Elşad Şıxqəmzəyevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib. E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.