AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xətaidə 7 ədəd üzüm kolunun kəsilərək məhv edildi

  • + A
  • - A
  • 3-09-2021, 09:44


    Xətai Rayon Prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılmışdır.
    Araşdırma materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 min 680 manat məbləğində ziyanın dəyməsi göstərilmişdir.
    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin Istintaq Şöbəsinə tapşırılmışdır.
    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR