Beynəlxalq Kosmik Stansiya köhnəlmiş avadanlıqlara görə təmiredilməz problemlərlə üzləşə bilər.
Azadmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan “Energia”nın baş mühəndisi Vladimir Solovyov deyib.
O bildirib ki, stansiyanın səthində kiçik çatlar da aşkarlanıb:
“Bu çatlar Rusiyanın stansiyadakı ən köhnə karqo modulu olan “Zarya”da tapılıb. Bu da müəyyən vaxtdan sonra problemlər yarada bilər. 1998-ci ildə orbitə buraxılan modul bir müddət sonra anbar olaraq istifadə edilib. Bundan başqa, stansiyanın Rusiya seqmentindəki uçuş sistemlərinin ən az 80 faizi köhnəlmiş vəziyyətdədir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.