AMEA-nın alimi vəfat edib.
Azadmedia.az xəbər verir ki, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Xanverdi Turaboğlu dünyasını dəyişib.
3 sentyabr 1967-ci il təvəllüdlü alim sentyabrın 3-də, öz doğum günündə həyatını itirib.
O, doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn edilib.
X.Turaboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.