AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələdə fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydaları pozulub

  • + A
  • - A
  • 6-09-2021, 11:50


    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, rayonun Yeni Dizaxlı kəndində Məhəmməd Babaşova məxsus fərdi evin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq, yəni 190 qonağın iştirak etdiyi və onlardan 15-nin COVID-19 pasportu olmadığı müəyyən edilib.
    Aparılan yoxlamalar zamanı Mıxlıqovaq kəndində Yalçın Abduhüseynova məxsus ünvanda da təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib. Belə ki, mərasimdə 170 qonağın iştirak etdiyi və onlardan 25-nin COVID-19 pasportu olmadığı aşkarlanıb.
    Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 400 manat məbləğində cərimələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR