Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Əvəz Quliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. Ə.Quliyevin mərkəzi bazar ərazisində olduğu müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.