Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Bəydövül kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 180 kiloqram olan 248 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.