Salyan rayon sakini N.Nəcəfov Rayon Polis Şöbəsinə ərazi ilə müraciət edərək ona məxsus 400 manat dəyərində olan velosipedin oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Ərəbqardaşbəyli kənd sakini Ağacan Süleymanov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək velosipedi rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. Şöbə əməkdaşları tərəfindən velosipedin satıldığı yer müəyyənləşdirilib, maddi sübut kimi götürülərək zərərçəkənə təhvil verilib.
Faktla əlaqədar Salyan RPŞ-də araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.