Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi: ürəyinə stend qoyuldu
Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.
İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.
Hazırda onun vəziyyəti normal qiymətləndirilir.
Jurnalist bu gün əməliyyat olunacaq.