AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olundu

  • + A
  • - A
  • 25-10-2021, 12:26


    Şabranda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
    Aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Çinar” şadlıq sarayında təşkil edilən toy mərasimində 175 nəfərin iştirak etdiyi müəyyən olunub. Həmin obyektin sahibi Əhməd Şərifov və toy sahibi Anar Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR