Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 11 şəxs saxlanılıb. Onlardan birinin çoxsaylı oğurluq əməllərinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.