Mark Zukerberq "Facebook"un səhmlərini satacaq
"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq şirkətin səhmlərini satmaq niyyətindədir
Ilyarım ərzində Zukerberq 35-75 milyon dollarıq səhm satacaq. O, əldə etdiyi pulu xeyriyyə məqsədi üçün istifadə edəcək.
Zukerberq "Facebook" səhifəsində yazıb: Mən növbəti 18 ay ərzində 35-75 milyonluq səhm satmaq fikrindəyəm. Məqsədim isə elm və hüquq sahəsindəki layihələrimizi maliyyələşdirməkdir".
Mark əlavə edib ki, bu onun arvadı Prissilla ilə ortaq planlarıdır. Zukerberqin sözlərinə görə, ümumiyyətlə həyatı boyu "Facebook"un 99% səhmini satmaq niyyətindədir. Bütün paketi o 5.9-12.8 milyard dollara sata bilər.