Facebook-dan yenilik - İntihara meylli istifadəçilər müəyyən olunacaq
Facebook sosial şəbəkəsi intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə edəcək.
Modern.az BBC-yə istinadən xəbər verir ki, süni intellekt istifadəçilərin statuslarını və həmin statuslara yazılan kommentləri analiz edəcək.
İntihara meylli şəxs müəyyən olunduqdan sonra onun dosyesi araşdırmaçı qrupa göndəriləcək. İlk mərhələdə ABŞ-dakı bir sıra psixoloji dəstək təşkilatları ilə əməkdaşlıq edəcək Facebook komandası bu addımlar hesabına intihar edən insanların sayının azalmasına və onlara öncədən yardım edilməsinə çalışır.
2016-cı ilin dekabrında isə Facebook dezinformasiya xarakterli məlumatlara qarşı mübarizə elan etmişdi.