Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Araşdırmalarla T.Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib. Bununla yanaşı həmin şəxsin özünü tibb işçisi kimi təqdim edərək müəyyən pul müqabilində “COVID-19” pasportu verəcəyi bəhanəsi ilə bir nəfər rayon sakinini aldatdığı da müəyyən edilib. Onun bu kimi əməllərindən zərərçəkən digər şəxslər varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədovsaxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində televizor oğurladığı da müəyyən edilib.
Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin rayon sakinləri R.Əliyev, M.Ağayev, R.Rəsulzadə, İ.Cahangirov, A.Əliyev A.Cəfərova və F.Abbasov saxlanılıb. Onlardan satış üçün hazır bükümlərdə qablaşdırılmış heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.