Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Yaralıların siyahısı:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
***
Bakı-Ələt yolunda ağır yol qəzası baş verib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu şəxsi facebook səhifəsində bildirib.
Azadmedia.az Elnur Hidayətoğlunun məlumat xarakterli statusunu təqdim edir:
"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.