AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğru dünyasında yeni müharibə başlayıb

  • + A
  • - A
  • 18-10-2017, 10:43

    Oğru dünyasında yeni müharibə başlayıb













    Rusiyanın Sankt-Peterburq şəhərindəki "Krestı" həbsxanasında cəza çəkən "Albert Rıjiy" ləqəbli avtoritet Əli Heydərov Moskvaya etap olunub.

    Rusiyanın primecrime.ru saytının məlumatına görə, "Albert Rıjiy"lə bərabər "Krestı" həbsxanasında "polejeniya"ya baxan "Qoçi" ləqəbli "qanuni oğru"nun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub. Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, "Albert Rıjıy" "qanuni oğru"dur, onun adına hörmət edilməlidir. "Gəlin onu Oğru Evimizdə" salamlayaq, uzun ömür, cansağlığı, sevincli günlər arzulayaq".

    "Ölkə.Az" xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, Əli Heydərov kriminal aləmdə "Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınır. O, 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 36 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın Sankt-Peterbuq şəhər Frunze Rayon Məhkəməsində davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

    2014-cü ildən həbsdə olan "qanuni oğru" əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP" avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cinayət işinin təşkilatçısı azərbaycanlı avtoritetdir.

    "Albert Rıjıy" kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan" klanında yer alan "Albert Rıjıy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.


    "Ded Xasan"ın qətlindən sonra da ("Ded Xasan" 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk" kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru" bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir.
    Onun "Lotu Quli" (Nadir Səlifov) ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan" klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rıjıy"a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli"nin adı hallanırdı.

    Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer "Albert Rlıjıy"ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi A8"də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. "Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.

    Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon" un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. "Hamlet" ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. İddia olunurdu ki, "Hamlet" "Lotu Quli"nin qohumudur.


    Sifarişdə "Lotu Quli"nin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. "Albert Rıjıy" Piterdə "sxodka" keçirdi və bu qətlinin sifarişçisi kimi "Quli"nin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodka"da iştirak edən Aliksey Qudına ("Lexa İrkutski") "Albert Rıjıy"a sui-qəsddə həmyerlisi "Quli"nin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini "Albert Rıjıy" özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

    Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.

    "Albert Rıjıy" 2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb. Elə həmin ay Türkiyədə "Lotu Quli"nin qardaşı "Namiq Bakinski", "Nika Qaqrinski", "Qoça Rustavski, "Rafət Əli Bayramlisnki", "Ceyhun Gəncinski" və daha bir neçə nəfərin iştirakı ilə keçirilən "sxodkada" "tac"ı əlindən alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR