AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özünü yandıran kişi ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır

  • + A
  • - A
  • 21-01-2022, 21:21

    Özünü yandıran kişi ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır

    Sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş Azadmedia.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.
    Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.
    Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR