Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.