AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub

  • + A
  • - A
  • 22-01-2022, 19:08

    Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aşkarlanaraq hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR