AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib

  • + A
  • - A
  • 25-10-2021, 13:45

    Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı rayon ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

    Bundan başqa Cəlilabad rayonunun Cəlayir kənd sakini C.Məstəliyevin fərdi yaşayış evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb və həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR