Barda başlayan sevgi qətllə bitdi - Qadınlar lezbiyan imiş?
Barda tanış olduğu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib.
AZTB.info Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Viktor Çikonov dindirilib.
Viktor Çikonov bildirib ki, sevgilisi Yulya ilə birlikdə qətlə yetirilən qadın İlahə Şahbazovagilə gedib. O, İ.Şahbazovanı Arzu kimi tanıdığını söyləyib.
"Həmin gün Yulya ilə görüşdük. Yeyib-içmək istəyirdik. Lakin yer tapmırdıq. Yulya mənə dedi ki, Arzugilə gedək. Onlar çox kasıb yaşayırdılar. Evdə yeməyə heç nə yox idi. Yulya Arzuya 20 manat verdi. Onlar gedib yemək, araq aldılar. Biz oturub yeyib-içdik. Gecə saat 2 olardı. Yulyaya dedim ki, gəl səni evə aparım. O da mənimlə çıxdı. Biz getdik"- deyə şahid qeyd edib.
O qeyd edib ki, Vorobyovun bundan qabaq da yaşadığı qadın ölüb:
"Oradakı söhbət zamanı bildim ki, Arzudan əvvəl də Sergeyin yaşadığı qadın ölüb. Daha sonra o, Arzu ilə barda tanış olub və evə gətirərək birlikdə yaşamağa başlayıblar. İkinci qadın da öldü, birini tapsa, o da öləcək".
Hakimlərin suallarına cavab verən şahid bildirib ki, yeyib-içdikləri gün qadınlar Yulya ilə mərhum Arzu arasında heç bir lesbiyanlıq hərəkətləri olmayıb.
"Elə şey olmayıb. Kim deyirsə, səhv deyir. Balamın canı, belə şey olmayıb"- deyə şahid bildirib. Amma təqdirləndirilən şəxs buna etiraz edib.
Sergey Vorobyov şahidi təhqir edib və iddia edib ki, Arzunu o öldürüb:
"Ay şərəfsiz, sən Arzunu öldürmüsən, məni də bıçaqlamısan. Bizim davamız məhz elə qızların bir-birini qucaqlaması ilə oldu. Bu mənə xoş gəlmədi. Ona görə mübahisə yarandı. Sonrasını xatırlamıram. Gözümü açanda bıçaqlanmışdım. Arzu isə öldürülmüşdü".
Bildirək ki, təqsirləndirilən şəxs Sergey Vorobyov istintaqa hadisənin təfərrüatı barədə fərqli ifadə verib.
O, ittihamla özünü təqsirli bilməyib və İlahəni öldürmək niyyəti olmadığını deyib: "Məni iki dəfə bıçaqla vurduqda əlini burdum, bıçaq təsadüfən ona dəydi. Hadisə zamanı ikimiz də sərxoş idik. Yulya ilə Viktor bizə gələndə spirtlə suyu qarışdırıb içmişdik. Onunla "Arlekino” barında tanış olmuşduq. Özünü "Arzu” kimi təqdim etmişdi. Həmin vaxtdan evimə gəldi, bir yerdə yaşamağa başladıq. İlahə ofisiant işləyirdi. Özünün dediyinə görə, Türkmənistanda anadan olub, 13-14 yaşlarında Azərbaycana gəlib, atası ikinci dəfə ailə qurub, doğma bacı-qardaşları olmayıb. Mənə danışmışdı ki, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib”.
S.Vorobyov hadisə günü baş verənləri istintaqda belə izah edibmiş: "Süfrə arxasında Arzu Yulyayla səmimi görüşdüyümə görə mənə irad bildirdi. Dedim ki, "bəsdir, İlahə, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil”.
Qonaqlar gedəndən sonra Arzu içki içdiyim üçün mənə irad bildirdi. Mübahisə elədik. Bıçaqla boğazımdan vurmaq istəyəndə başımı geri çəkdim, çənəmi cızdı, sonra sinəmə zərbə vurdu. Özümü müdafiə etmək üçün əlini burdum, tiyəsini İlahəyə tərəf istiqamətləndirdim, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm hələ də döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm. Öldüyünü başa düşdüm. Meyiti xalçaya bükdüm. Artıq meyit çürümüşdü. Üstünü qurd basmışdı. Əvvəl fikirləşdim ki, harasa aparıb ataram. Amma meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı, etiraz etdi”.
Qeyd edək ki, sonuncu prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmə noyabrın 2-də davam edəcək.
Hadisə iyunun 3-də Xətai rayonu ərazisində baş verib. Sergey Vorobyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü demişdi.