AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır: 20 minə yaxın dənizçi körfəzdə çıxılmaz vəziyyətdədir

  • + A
  • - A
  • Bu gün, 22:30

    Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır: 20 minə yaxın dənizçi körfəzdə çıxılmaz vəziyyətdədir

    ABŞ və İran arasında qüvvədə olan atəşkəsə baxmayaraq, Fars körfəzində qalan minlərlə dənizçinin təxliyəsi hələ də təhlükəli hesab olunur. Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Reuters agentliyinə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, münaqişənin əsas səbəbləri aradan qaldırılmadan və tərəflər arasında daha sabit razılaşma əldə olunmadan dənizçilərin təhlükəsiz şəkildə bölgədən çıxarılması mümkün deyil.

    Məlumata görə, İranın Hörmüz boğazından keçidə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən hazırda təxminən 20 min dənizçi Fars körfəzində qalan gəmilərdə çıxılmaz vəziyyətdədir.

    Dominqes qeyd edib ki, hazırkı şəraitdə ekipajların yerdəyişməsi ilə bağlı hər hansı addım onların təhlükəsizliyinə təminat olmadığı üçün böyük risk daşıyır. IMO-nun məlumatına əsasən, ABŞ və İsrailin İranla müharibəsinin başlanmasından bu yana bölgədə 11 dənizçi həyatını itirib.
    Beynəlxalq Dəniz Təşkilatı münaqişə zonasından gəmilərin çıxmasına imkan verəcək təhlükəsiz dəniz dəhlizinin yaradılması üzərində işləyir. Bu məqsədlə son həftələrdə Omanda İran da daxil olmaqla müxtəlif tərəflərlə danışıqlar aparılıb.

    Baş katib bildirib ki, Hörmüz boğazının açıq olması ilə bağlı məlumatlar tez-tez dəyişir: “Bir neçə saat əvvəl boğazın açıq olduğu bildirilir, sonra isə yenidən bağlandığı barədə xəbərlər gəlir. Daha etibarlı təminatlar olmadan riskə gedə bilmərik”.
    Dünya üzrə gündəlik xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizinin daşındığı Hörmüz boğazında gəmi hərəkəti son aylarda minimum səviyyəyə enib.
    Gəmi sahibləri bildirirlər ki, üç aya yaxındır blokadada qalan ekipajların təhlükəsiz təxliyəsi üçün beynəlxalq səviyyədə razılaşdırılmış mexanizmə ehtiyac var.

    Heidmar Maritime Holdings şirkətinin baş icraçı direktoru Pankac Xanna Reuters-ə açıqlamasında qeyd edib ki, şirkətin gəmilərindən biri artıq üç aydır Fars körfəzində qalıb.
    Onun sözlərinə görə, dənizçilər ailələri ilə görüşləri, övladlarının doğumunu, yaxınlarının dəfn mərasimlərini və digər mühüm ailə hadisələrini qaçırırlar.

    “Bizə bölgəyə daxil olmaq və oradan çıxmaq qaydalarını dəqiq müəyyən edən hüquqi və təhlükəsizlik çərçivəsi lazımdır. Hətta sülh sazişi imzalansa belə, bu məsələ tam aydınlaşdırılmalıdır”, – deyə Xanna vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR