AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyanda keçmiş məhkum həm özünü, həm mağaza sahibini bıçaqladı

  • + A
  • - A
  • 10-02-2022, 10:46

    Salyanda keçmiş məhkum həm özünü, həm mağaza sahibini bıçaqladı

    Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
    Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
    A.Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
    Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılmışdır. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirmişdir.
    Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
    Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR