Qarın yağması ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, şəhər daxilində, eləcə də turistlərin də ən çox üz tutduğu kənd yollarında nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Həmçinin, piyadaların, xüsusilə də azyaşlıların avtomobil yollarından keçirilərək mənzil başına təhlükəsiz şəraitdə çatması üçün lazımi qabaqlayıcı tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.