Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, vətəndaşların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı mağazalarda, iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılıb,onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilib. Mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar,eləcə də COVID-19 pasportu tələb edilən sahələrdə peyvənd olunmadan fəaliyyət göstərən şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.