AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Balakəndə qaydaları pozan piyadalar cərimələnib

  • + A
  • - A
  • 3-03-2022, 23:04

    Balakəndə qaydaları pozan piyadalar cərimələnib

    Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçiriblər.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR