AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada ölən azərbaycanlı ər-arvadın meyitləri həyətdə qalıb - VİDEO

  • + A
  • - A
  • 15-03-2022, 01:17

    Ukraynada ölən azərbaycanlı ər-arvadın meyitləri həyətdə qalıb - VİDEO

    Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində martın 5-də həlak olan həmyerlimiz Emin Mahmudov, onun həyat yoldaşı və qayınanasının nəşləri hələ də hadisə yerində qalıb.

    Azadmedia.az az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər''ə mərhumun bacısı Samirə Babayeva məlumat verib.

    O bildirir ki, qardaşıgil Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olublar.

    Hazırda həmin ərazilərə giriş təhlükəli olduğu üçün ailə üzvlərinin nəşi həyətlərində ortalıqda qalıb. Yaxınları onların nəşinin Azərbaycana gətirilməsini istəyirlər.

    Samirə Babayeva deyir ki, qardaşı uzun illərdir Ukraynada yaşayıb və oranın vətəndaşlığını qəbul edib.

    Ukraynalı xanımla ailə qurub və üç övladı var. Hadisə baş verən zaman övladları da evdə olublar. Onların həyətinə iki raket atılıb.

    Onlara bu barədə qardaşı uşaqları və qardaşıgilin Ukraynadakı qonşuları məlumat verib. Emin Mahmudovun bacısı qardaşı uşaqlarının vəziyyəti barədə də danışıb.

    Qeyd edək ki, Emin Mahmudov Lənkəranın Boladi kəndində dünyaya göz açıb. O, Ukraynada təhsil alaraq orada yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR