Gəncədə intihara cəhd olub.
Hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Belə ki, xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G.Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb. Ağır bədən xəsarətləri alan 21 yaşlı gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Əldə etdiymiz məlumata görə, nişanlı olan G. Mahmudovanın aprelin 15-də toyu olacaqdı. Ailə həyatı qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
Unikal
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.