Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.
Hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.
45 yaşlı Qədirova Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm qazından boğulub.
Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma başladılıb.(apa.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.