AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ

  • + A
  • - A
  • 9-04-2022, 16:00

    Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ


    Tərtərdə mina partlayışı olub.

    Apa xəbər verir ki, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Çaylı kəndi ərazisində qoyun otararkən minaya düşüb.

    Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

    Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

    Apa


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR