Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Səfərov Alışan Şərif oğlu və 1965-ci il təvəllüdlü Səfərov Faiq İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.