- Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılmışdır.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zeynalov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
[20.04 10:35] Natiq DİN: Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə D.Əliyeva küçəsindən Şəki rayon sakini M.Əsədova məxsus mopedin oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hilal İbrahimov və Muradxan Əliyev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Fərid Dövlətovdan 345 qram marixuana aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir yük avtomobilindən akkumulyator, Kürdəxanı qəsəbəsindəki bir yarımtikilidən 5000 manat dəyərində elektrik naqili, bir mağazadan 720 manat pul, 530 manat dəyərində tütün məmulatı və mobil telefon aksesuarları, 15 evdən və 7 həyətyanı sahədən isə ümumilikdə 9100 manat pul, geyim, məişət əşyaları və təmir-tikinti alətləri, inşaat materialları və su sayğacı oğurlaması da müəyyən olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.