AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdə rayon sakinindən metamfetamin və heroin aşkar edilib

  • + A
  • - A
  • 2-05-2022, 13:21

    Bərdə rayon sakinindən metamfetamin və heroin aşkar edilib

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəcəb Rəcəbov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.
     
    Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, R.Rəcəbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR