AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 17-05-2022, 11:01

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.
    ***

    Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Hüseyn Teymurov müəyyən edilərək saxlanılmışdır.
    Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
    ***

    Mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR