- Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılmışdır.
Mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy Rayon Polis Şöbəsinə mayın 20-də şəhər ərazisindən A.Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Nizam İsmayılov avtomobillə birgə saxlanılmışdır.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Zaur Ərzimanov, Nurlan Məmmədov, Lənkəran rayon sakini Məmmədhəsən Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.