Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.