Neftçalada yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib
Neftçala Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun 2-ci Mayak kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 10 ton 890 kiloqram olan 2750 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.