Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Emin Təhməzov və Elman Mamedov saxlanılıblar. Onların yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilib. Baxış zaman E.Təhməzova məxsus 76 ədəd və E.Mamedova məxsus 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.