Azərbaycanda xanım jurnalistin oğlunu bıçaqladılar
Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.
Bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib. Yaralının vəziyyəti ağır-stabil hesab olunur.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur. (Bakı Post)